42 yaşlı kişi güllələndi - Həmyerlisi saxlanıldı

22:47 23.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 23-də Yevlax rayonunda güllələnmə hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə rayon ərazisində olub.

Belə ki, 1984-cü il təvəllüdlü rayon sakini Eşqin İsmayılovun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilininən1963-cü il təvəllüdlü həmyerlisi Natiq Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.